Beyləqanda 22 min əhalinin istifadə etdiyi yollar yenidən qurulur
Beyləqanda Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
13 İyul 2018 13:13 İqtisadiyyatBeyləqanda Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 39.4 km-lik avtomobil yolu IV texniki dərəcəyə uyğundur. Beyləqan rayonunun bir neçə yaşayış məntəqəsini birləşdirən sözügedən avtomobil yolu uzun müddət istismar nəticəsində deformasiyaya uğramış ,yol örtüyü dağılmış ,çox sayda çalalar və çökmələr əmələ gəlmişdir. Bu üzdən yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
Tikinti layihəsinə uyğun olaraq 6 min kub.m həcmdə yararsız örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının 79 min kub.m həcmdə yararsız hissəsi qazılaraq çıxarılıb. Daha sonra karxana çınqılı materialından 108 min kub.m həcmdə torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri aparılıb. Torpaq işləri aparılan hissələr avtoqreyderlə profilə salınıb və kipləşdirilib.
Yol əsası hazır olan hissələrin isə paralel olaraq asfaltlanması işləri də görülür. Belə ki, 235 min kv.m sahədə 12 sm hündürlükdə iri və xırda dənəli asfalt beton qarışığından istifadə olunmaqla örtüyün alt və üst layı inşa edilir. Asfaltlanma işləri bitən kimi yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin etmək məqsədilə 170 ədəd yol nişanlarının , 8 ədəd avtobus dayanacağının, 40 ədəd km göstəricisinin və 1520 ədəd siqnal dirəklərinin quraşdırılması nəzərdə tutulub.