Bakı şəhəri üzrə elektrik enerjisi təchizatı 100 faiz bərpa edilib

Fövqəladə Hallar Nazirliyi və "Azərenerji"dən Olaylar.az -a verilən məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində Mingəçevir İES-in Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən yüksək gərginli elektrik xətlərinin altındakı yanğınlar lokallaşdırılıb.

Nəticədə, Bakı şəhəri üzrə elektrik enerjisi təchizatı 100 faiz bərpa edilib, digər bölgələrin elektrik enerjisi ilə təchizatının bərpasıı istiqamətimdə də iş gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31