Bu yollarda rənglənmə işləri aparılır
6 İyul 2018 13:46 İqtisadiyyatAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Sumqayıt-Bakı yolu, Azpetrol dairəsindən Saray postuna kimi, axşam saat 23:00-dan səhər saatlarınadək isə Ziya Bünyadov prospektində (Çermet körpüsündən Koroğlu yol qovşağına kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə işləri aparılacaq.
Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31