BNA-dan bəzi xəbər saytlarına irad

Bəzi informasiya saytlarında 183 nömrəli müntəzəm marşrut xəttində bir nəfər vətəndaşın ürək tutmasından vəfat etməsi ilə bağlı informasiya yayımlanıb və həmin xəbərlərdə marşrut Bakı Nəqliyyat Agentliyinin avtobusu kimi göstərilib.

"OLAYLAR" xəbər verir ki, məsələ ilə əlaqədar açıqlama verən BNA-nın ictimaiyyətlə əlaqə və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib ki, heç bir marşrut xətti üzrə avtobuslar Bakı Nəqliyyat Agentliyinə aid deyil: "Bunu siz daha dəqiq bilməlisiniz ki, Bakı Nəqliyyat Agentliyi mövcud qanunvericiliyə görə sərnişindaşıma ilə məşğul olan qurum deyil. BNA bu sahədə dövlət tənzimlənməsini həyata keçirən qurumdur. Bunu nəzərə alaraq bildirirəm ki, "Bakı Nəqliyyat Agentliyinə məxsus avtobusda......." ifadəsi tam yanlış ifadədir. Gələcəkdə fəaliyyətinizdə də bu məqamı nəzərə almağınızı xahiş edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31