Bu gündən Bakı-Sumqayıt qatarlarının sayı artırılır
İyulun 4-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır.
4 İyul 2018 17:29 İqtisadiyyatİyulun 4-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Məlumatda bildirilib ki, sərnişin axınının artması ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə Bakıdan saat 17:00 və 21:40-da, Sumqayıtdan isə saat 17:50-də və 20:30-da yola düşən elektrik qatarları təyin edilir.

AzVision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31