“Azərenerji” ciddi MƏLUMAT VERDİ

Azərbaycanın enerji sisteminin dayanıqlığı yaxın vaxtlarda bərpa olunacaq.

Bunu "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, hazırda "Azərbaycan" İES-in dördüncü blokunun işə salınması üzrə işlər aparılır:

"İndi "Azərbaycan" İES-in üç bloku ştat rejimində işləyir. Dördüncü blokun işə salınması üçün iş gedir. Bütün bunlar ölkənin enerji sisteminin dayanıqlığına təsir göstərir. Yaxın zamanlarda enerji sisteminin dayanıqlığı tam bərpa olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31