Qatarlar yolda qaldı
3 İyul 2018 22:10 İqtisadiyyatBakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb.
Bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova təsdiqləyib.
Onun sözlərinə görə, bu istiqamətdə üç qatar yolda qalıb:
"Həmin qatarları xüsusi nəqliyyat vasitələri ilə çəkib yaxın stansiyaya yerləşdiriblər. Sərnişinlər isə təxliyyə edilib. Bütün sərnişinlərin ödənişləri özlərinə qaytarılıb".
S.Qədirova digər istiqamətlərdə hərəkət edən qatarlarda problem olmadığını deyib:
"Elektrik qatarları və digər qatarlar gec saatlarda çıxdığından yolda qalanı yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31