Azərbaycan bir neçə saatdan sonra Rusiyadan elektrik enerjisi idxalını dayandıra bilər
3 İyul 2018 18:38 İqtisadiyyatMingəçevirdəki "Azərbaycan" İES-in 2 enerji bloku artıq işə salınıb.
Bunu açıqlamasında "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.
Onun sözlərinə görə, son nəticədə ölkə üzrə enerji təchizatı 94-96% civarındadır.
"Qəza baş verdikdən dərhal sonra Rusiya elektrik şəbəkəsi ilə paralel işləməyə başladıq. Saat 21:00-a qədər "Azərbaycan" İES-in daha 2 enerji bloku işə düşəcək. Bununla da fəaliyyət göstərəcək blokların sayı 4-ə çatdırılaraq, ölkə üzrə enerji təchiatı 100% olacaq. Ehtimal olunur ki, 3 və 4-cü blokun işə düşməsindən sonra Rusiyada elektrik enejisi alınması dayandırılsın", - deyə o, qeyd edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31