“Qaradağ-Digah” magistral qaz kəmərinin təmir-bərpası təxirə salındı
3 İyul 2018 12:52 İqtisadiyyatSOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən diametri 720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 23-24-cü kilometrlər arasında dayaqlar üzərinə qaldırılması məqsədi ilə 03 iyul 2018-ci il tarixdə aparılması nəzərdə tutulan təmir-bərpa işləri texniki səbəblərə görə təxirə salınıb.
"OLAYLAR" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd edək hal-hazırda həmin ərazilərə təbii qazın verilişində heç bir məhdudiyyət yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31