Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət bərpa olundu
3 İyul 2018 11:34 İqtisadiyyatXəbər verdiyimiz kimi, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınmasına baxmayaraq, Bakı-Astara-Horadiz sərnişin qatarı artıq Bakı-sərnişin stansiyasına çatıb.
Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki. eyni zamanda Bakı-Rostov qatarı vaxtında yola salınıb, eləcə də Bakı-Moskva qatarı artıq Bakıya çatıb.
Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarlarının hərəkəti də bərpa olunub. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31