Bakı-Sumqayıt istiqamətində elektrik qatarları işləməyəcək
3 İyul 2018 08:48 İqtisadiyyatMingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.
Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
QSC sərnişinlərin nəzərinə çatdırır ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün iyulun (3-də) günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.
Yaranmış müvəqqəti narahatçılığa görə qurum sərnişinlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31