Bu yollarda rəngləmə işləri aparılacaq
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ,Vaz dairəsindən Xırdalan dairəsinə kimi hər iki istiqamətdə (gediş-gəliş) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
2 İyul 2018 11:54 İqtisadiyyatAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ,Vaz dairəsindən Xırdalan dairəsinə kimi hər iki istiqamətdə (gediş-gəliş) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Bundan başqa Bakı şəhəri, Binəqədi rayonu Hüseyin Seyidzadə küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.