Azərbaycan bu il 500 mln. dollarlıq qaz ixrac edib
Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 2 742 787,93 min kubmetr həcmində təbii qaz ixrac edib.
20 İyun 2018 17:44 İqtisadiyyatBu ilin yanvar-may ayları ərzində Azərbaycan 2 742 787,93 min kubmetr həcmində təbii qaz ixrac edib.
İxrac olunan təbii qazın dəyəri 498 842,45 min ABŞ dolları olub.
İlin ilk 5 ayında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,46%, dəyəri isə 3,17% azalıb.
Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 6,77% təşkil edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31