Nazirlik: "TANAP-ın işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır"

“Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan Transanadolu qaz kəmərinin (TANAP) işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır.

"Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Transanadolu qaz kəmərinin (TANAP) işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır.

Bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin bəyanatında deyilir:

"TANAP-ın işə düşməsi Monteneqronun qazlaşdırılmasını yaxınlaşdıran addımdır. Nəzərə almaq lazımdır ki, ölkə "Cənub Qaz Dəhlizi"nə İoniya-Adriatik boru kəməri (IAP) vasitəsilə qoşulacaq. Bu layihə də Monteneqro üçün qaz bazarlarına çıxış imkanı yaradır".

Bununla əlaqədar olaraq Monteneqronun İqtisadiyyat Nazirliyi IAP layihəsinin reallaşdırılmasının sürətləndirilməsi üçün Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi ilə əməkdaşlığı aktivləşdirib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31