Kosmosda qızıl və neft axtaracaqlar
24 Yanvar 2013 15:07 İqtisadiyyatKosmosun tədqiqatı və müxtəlif planetlərin səthlərinin araşdırılması üçün robotların hazırlanması sahəsində çalışan amerikalı Devid Qampın yaratdığı Deep Space Industries şirkəti asteroid və planetlərin təbii peyklərində faydalı qazıntılar, xüsusilə də qızıl və neft yataqlarının kəşfiyyatı məqsədilə iki robot gəmi hazırlamağa başladığını bəyan edib. milli.Az Space-ə istinadən bildirir ki, həmin gəmilərdən FireFly kosmosa 2015-ci ildə, DragonFly isə 2016-cı ildə buraxılacaq.
Faydalı qazıntı yataqlarının aşkarlandığı asteroidlər Yerə endiriləcək.
25 kq və 45 kq ağırlığındakı robot gəmilər çox ucuz CubeSat peyk sxemi əsasında hazırlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31