Mühüm əhəmiyyətə malik olan bu enerji layihəsinin müəllifi ölkəmizdir - Azərbaycan dövlətidir
“Məlum olduğu kimi, TANAP layihəsi təbii qazın "Şahdəniz" və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.
14 İyun 2018 14:52 İqtisadiyyat"Məlum olduğu kimi, TANAP layihəsi təbii qazın "Şahdəniz" və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.
2011-ci ildə imzalanan nəhəng TANAP layihəsi artıq 8 il idi ki, Avropa ölkələri bu enerji kəmərinin tikintisini gözləyirdilər. Nəhayət bu tarixi layihə gerçəkləşdi və təbii qazın Türkiyəyə, ordan isə Avropa ölkələrinə nəql olunmasına imza atıldı. Yəni Azərbaycanın Avropa ölkələrini öz təbii qaz yanacağı ilə təmin etməsinə start verildi. TANAP Avropanın və bütün dünyanın ən iri layihəsi kimi dəyərləndirilir. Təsadüfi deyil ki, bir sıra dünya liderləri TANAP-ı günümüzün ən önəmli layihəsi adlandırırlar"- bu haqda Olaylar.aza əməkdar jurnalist, "Lider" televiziyasının aparıcısı Mətanət Ağamirli açıqlama verib.
Açılış mərasiminə bir çox ölkələrin dövlət və hökumət başçılarının, enerji şirkətlərinin rəhbərlərinin, boru kəmərində pay sahiblərinin qatılması enerji layihəsinin dünya üçün əhəmiyyətini şərtləndirən amil rolunda çıxış etdiyini vurğulayan Mətanət xanım qeyd etdi ki, bu baxımdan sözsüz ki, TANAP və Cənub Qaz dəhlizinin Azərbaycan və bölgə üçün əhəmiyyəti müstəsnadır. Bütövlükdə layihənin regiondakı proseslərə təsirindən danışarkən, sözügedən layihənin Avropanı Asiya ilə birləşdirən strateji bir layihə olduğunu qeyd etmək vacibdir. Həmçinin qürurvericidir ki, çox mühüm əhəmiyyətə malik olan bu enerji layihəsinin müəllifi ölkəmizdir, Azərbaycan dövlətidir. TANAP iqtisadi cəhətdən ciddi bir çəkiyə malik olduğu qədər də siyasi və xüsusilə regionun təhlükəsizliyi baxımından da böyük əhəmiyyət kəsb edir". Nəzərə alsaq ki, qərar tutduğumuz region həssas və maraqların kəsişdiyi regiondur, o zaman TANAP-ın regionda sabitliyin qorunmasına da töhfəsini qeyd etməmək olmaz".
Həmçinin Mətanət ağamirli bildirdi ki, Azərbaycanı iqtisadi cəhətdən daha da gücləndirəcək sözügedən enerji layihəsi eyni zamanda ölkəmizin beynəlxalq arenadakı nüfuzuna mütləq öz təsirini göstərəcək. Hesab edirəm ki, bu layihə uzun illər enerji təhlükəsizliyi baxımından da öz aktuallığını saxlayacaq. Onu da vurğulamaq istərdim ki, beynəlxalq əhəmiyyətli belə bir layihənin uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin, birbaşa dövlət başçısı cənab prezident İlham Əliyevin uzun illərdən bəri apardığı uğurlu siyasətin məntiqi nəticəsidir.