İranın ticarət balansının kəsiri 40 faiz azalıb
24 Yanvar 2013 14:38 İqtisadiyyatCari ilin ilk 10 ayında İranın ticarət balansının kəsiri 40 faiz azalıb. Trend-in IRIB agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın maliyyə və iqtisadiyyat naziri Şəmsəddin Hüseyni bildirib. Hüseyni qeyd edib ki, əgər ötən il İranın ticarət balansının kəsiri 15 milyard dollar olubsa, cari ildə bu göstərici 9 milyard dollaradək azalıb.
Nazirin sözlərinə görə, sanksiyalara baxmayaraq, İran qeyd edilən dövrdə ixracatını təqribən 30 faiz artıra bilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31