Kosta-Rikanın qəhvə plantasiyalarına yeni virus yayılıb

Dünya bazarında qəhvənin qiyməti arta bilər

Kosta-Rika hökuməti ölkənin qəhvə plantasiyalarındakı vəziyyətlə əlaqədar dünya ictimaiyyətindən maliyyə yardımı istəyib. "OLAYLAR"-ın Türkiyə bürosunun məlumatına görə ölkənin qəhvə plantasiyalarında göbələk virusu yayılıb. Qeyd edəki, Kosta-Rika dünya bazarına qəhvə ixrac edən əsas ölkədir.  Mütəxəssislərin fikirlərinə görə tendensiya bu cür davam etsə dünyada qəhvənin qiymətləri kəskin şəkildə artacaq. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31