"Cənub Qaz Dəhlizi Aİ-nin enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətli layihədir"
"Azərbaycandan Avropa İttifaqına (ai) qaz nəqli üçün yaradılan Cənub Qaz Dəhlizi (CQD) layihəsi Aİ-nin enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətli layihədir". Bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.
12 İyun 2018 14:34 İqtisadiyyat"Azərbaycandan Avropa İttifaqına (ai) qaz nəqli üçün yaradılan Cənub Qaz Dəhlizi (CQD) layihəsi Aİ-nin enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətli layihədir".
Bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.
Onun sözlərinə görə, CQD Avropanın və xüsusilə onun ən həssas yeri olan Cənub-Şərqi Avropa və Cənubi İtaliyanın enerji mənbələri və tədarük marşrutlarını diversifikasiya etməyə imkan yaradacaq.
M.Şefçoviç bildirib ki, Avropa İttifaqının uzunmüddətli məqsədi azad ticarət, rəqabət, enerji daşımaları şaxələndirilmiş marşrutlara əsaslanan Ümumavropa enerji bazarını yaratmaqdır.
"Report"