Çörək məhsullarının keyfyyətinə nəzarət gücləndirildi
24 Yanvar 2013 11:34 İqtisadiyyatStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini gücləndirmişdir İstehlakçıların keyfiyyətli və təhlükəsiz çörək məmulatları ilə təmin edilməsi, çörək istehsal edən müəssisələrdə aparılmış monitorinqlər zamanı aşkar edilmiş ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün nəzarətin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini daha da gücləndirmişdir. Bununla bağlı verilmiş Əmrə əsasən xidmətin müvafiq struktur bölmələri əhatə etdikləri rayonlar üzrə çörək istehsalı və idxalı ilə məşğul olan təsərrüfat subyektlərinin siyahısını hazırlayıb, həmin müəssisələrdə istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədilə müntəzəm olaraq monitorinqlərin aparılması işini təmin etməli, mövcud problemlərin öyrənilməsi və onların aradan qaldırılması məqsədi ilə çörək məmulatları istehsalçıları ilə açıq görüşlərin təşkil edilməsi, istehlakçıların maarifləndirilməsi, kütləvi informasiya vasitələrində bu sahədə həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumatların verilməsi işini gücləndirməlidirlər. Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında"Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 605 nömrəli Fərmanı ilə yaradılmış Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ötən il ərzində həyata keçirilmiş dövlət nəzarəti tədbirlərinin nəticəsi olaraq 261 sahibkarlıq subyektində normativ sənədlərin tələblərinin pozulduğu və çatışmazlıqlar aşkar edildiyinə görə, nöqsanlar aradan qaldırılanadək məhsulların istehsalı və satışı qadağan edilmişdir. Bunlardan 66-sı çörək məmulatlarının istehsalı müəssisələrinin payına düşür.