“Qaradağ-AND” MMC-yə maliyyə sanksiyası tətbiq edildi

Məlumat verildiyi kimi, "Qaradağ-AND" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı  "Qaradağ-AND" əmtəə nişanlı M-400 və M-500 markalı sementlərin etiketində çəkidəki kənarlaşma həddinin normativ texniki sənədlərlə müəyyən edilmiş normadan artıq göstərilməsi, həmçinin bu sementlərin ümumi təyinatlı olduqları halda, onların etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verilməsi səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müəssisə barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

 Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Qaradağ-AND" MMC-yə  10.1  min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31