"Neft Daşları" yatağında yeni quyu qazılır
23 Yanvar 2013 18:45 İqtisadiyyatKompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən "Neft Daşları" yatağındakı 2521 nömrəli platformadan 2533 nömrəli quyunun qazma işlərinə başlanılıb. Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1800 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31