İran 11 neft-kimya şəhərciyi yaradacaq

"Bu şəhərciklərin tikintisi neft-kimya məhsullarının ixracının artırılmasına kömək edəcək". "İran ölkənin cənubundakı Xuzistan və Buşəhr vilayətlərində 11 neft-kimya şəhərciyi yaradacaq". Trend İran KİV-ə istinadən məlumat verir ki, bu barədə çərşənbə günü İran Milli Neft-Kimya Şirkətinin nümayəndəsi Məhəmməd Ziar bildirib.
 "Proqnozlara görə, bu şəhərciklərin tikintisi neft-kimya məhsullarının ixracının artırılmasına kömək edəcək. Qəsəbələrin yaradılması sayəsində sərhədyanı əyalətlərdə nəqliyyat xərcləri azalacaq", - o deyib. Bundan əvvəl Ziar ölkədəki neft-kimya zavodlarının yenidən qurulmasına səkkiz milyard dollara yaxın sərmayə qoyulduğunu və vəsaitlərin Tehran, Ərak, Bəndər-Abbas və Abadandakı NEZ-in yenilənməsinə xərcləndiyini bildirmişdi. O, habelə ölkədə bir neçə yeni NEZ-in tikiləcəyi barədə də məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31