Google-un mənfəəti 10 faiz artaraq 10,74 milyard dollar təşkil edib

2012-ci ilin yekunları üzrə dünyanın nəhəng internet-şirkəti olan Google-un xalis mənfəəti bir il əvvəlki 9,74 milyard dollarlıq göstərici ilə müqayisədə 10 faiz artaraq 10,74 milyard dollar təşkil edib.  "Olaylar" Mincom.gov.az saytına istinadən xəbər verir ki, mənfəətin bir səhm üçün dəyəri 2011-ci ildəki 30,2 dollara nisbətdə 32,3 dollar olub. Şirkətin illik mədaxili 32 faiz artaraq 50,17 milyard dollara çatıb ki, bunun da 4,17 milyard dolları Motorola Mobility bölməsinin payına düşüb. Google-un göstəriciləri 41,56 milyard dollarlıq mədaxillə bir səhmin dəyərini 33,21 dollarlıq mənfəətlə proqnozlaşdıran Forbes jurnalının analitiklərinin proqnozları ilə üst-üstə düşməyib. Şirkətin reklam mədaxili il ərzində 20 faiz artaraq 43,69 milyard dollara çatıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31