IBM ilin birinci rübündə mənfəətin artacağını gözləyir

İBM korporasiyası 2013-cü ilin birinci rübündə bazar proqnozlarından yüksək olacaq mənfəət əldə edəcəyini gözləyir. "Olaylar" Mincom.gov.az saytına istinadən xəbər verir ki, korporasiya nümayəndələrinin fikrincə, bu, analitik vasitələrin və bulud hesablamalarının daha geniş tətbiqi sayəsində mümkün olacaq. 2013-cü ildə IBM ümumilikdə 16,74 dollarlıq proqnozla müqayisədə bir səhm üçün 16,70 dollar məbləğində gəlir əldə edəcəyini düşünür. Dördüncü hesabat rübündə mənfəət göstəriciləri amortizasiya və pensiya ödənişlərini çıxmaq şərtilə 6,1 milyard dollar və ya bir səhm üçün 5,39 dollar təşkil edib. Xatırladaq ki, əvvəllər ABŞ istehsalçısı azgəlirli xammal istiqamətlərindən uzaqlaşaraq tədricən daha mənfəətli biznesə keçəcəyini bəyan etmişdi. Bundan başqa, IBM 2015-ci ilədək bir səhm üçün 20 dollar məbləğində illik gəlirə nail olmaq niyyətindədir. Hesabat dövrü ərzində şirkətin satış həcmi 1 faiz azalaraq 29,1 milyard dollar olub ki, bu da təxminən bazar gözləntilərinə uyğundur.
Rüblük göstəricilər dərc edildikdən sonra Nyu-Yorkda korporasiyanın qiymətli kağızlarının dəyəri 4,4 faiz artaraq 204,65 dollara çatıb. Analitiklər bildirilər ki, mənfəət həcminin tədricən artmasına baxmayaraq şirkət 2007-ci ildə 100 milyard dollarlıq həddə çatan xalis mənfəətini əhəmiyyətli dərəcədə artıra bilmir,
Eyni zamanda korporasiya imzalanmış müqavilələrin həcminin artdığını qeyd edir. Dördüncü rübün sonuna imzalanan müqavilələrin sayı bir il əvvəlki 138 milyard dollarlıq göstəriciyə nisbətdə 140 milyard dollar təşkil edib. Hesabat dövrü ərzində sazişlərin həyata keçirilməsi sayəsində IBM 17,9 milyard dollar mədaxil əldə edib ki, bu da şirkətin ümumi mədaxilinin təxminən 60 faizi deməkdir. İl ərzində bu göstərici 12 faiz azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31