Azərbaycan Avropa və Mərkəzi Asiya ilə birləşdirici enerji siyasətinin əsasını qoydu

Azərbaycan qazının Avropaya ixracı üçün nəzərədə tutulmuş "Cənub Qaz Dəhlizi"-nin açılışı ölkəmizin regionda etibarlı tərəfdaş və qərbin enerji siyasətinin şaxələndirilmısində mühüm bir ölkə olduğunu sübut edir. “OLAYLAR” xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

Azərbaycan qazının Avropaya ixracı üçün nəzərədə tutulmuş "Cənub Qaz Dəhlizi"-nin açılışı ölkəmizin regionda etibarlı tərəfdaş və qərbin enerji siyasətinin şaxələndirilmısində mühüm bir ölkə olduğunu sübut edir.

"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

O, bildirib ki, Rusiyadan yan keçməklə bu qaz kəməri Rusiyanın "Türk axını" kəmərinə əsas alternativdi: "Məhz başda ABŞ olmaqla, Qərb ölkələri üstünlüyü "Cənub Qaz Dəhlizinə " vermək, TANAP və TAP lahiyələrinin icrasını dəstəkəməklə, Azərbaycan və Mərkəzi Asiya qazını Rusiyaya qarşı alternativ olaraq görür. Çünki, Rusiya öz enerji siyasətindən Avropaya qarşı siyasi şantajdan istifadə edərək, regionda deastiblizasiya yaradır. Göründüyü kimi, Azərbayacan yeni geosiyasi -geoiqtisadi layihələri həyata keçirməklə, Avropa və Mərkəzi Asiya ilə birləşdirici enerji siyasətinin əsasını qoydu".

Politoloq deyib ki, bu layihələr Rusiyanın regionda və Mərkəzi Asiyada enerji siyasətinin, həmçinin Avropa bazarında mövqelərinin zəifləməsinə gətirib çıxaracaq: "Mümkündür ki, Rusiya bununla bağlı ölkəmizə qarşı Ermənistan vasitəsi ilə yenidən şantaja keçsin. Bir müddət Qarabağ danışıqlarının baş tutmamasına çalışsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31