“Cənub Qaz Dəhlizi Orta Asiya dövlətlərinin dünyaya çıxışı üçün bir modeldir"

“Cənub Qaz Dəhlizi layihəsi iqtisadi layihə olmaqla yanaşı, eyni zamanda böyük siyasi mahiyyətə malikdir. Çünki, Avropanın enerji təhlükəsizliyində bu layihənin böyük rolu var. Məhz buna görə də ABŞ və Avropa Birliyi bu layihənin həyata keçirilməsinə ciddi dəstək verir”. Bu fikirləri Milli Məclisin deputatı Asim Mollazadə deyib.

"Cənub Qaz Dəhlizi layihəsi iqtisadi layihə olmaqla yanaşı, eyni zamanda böyük siyasi mahiyyətə malikdir. Çünki, Avropanın enerji təhlükəsizliyində bu layihənin böyük rolu var. Məhz buna görə də ABŞ və Avropa Birliyi bu layihənin həyata keçirilməsinə ciddi dəstək verir".

Bu fikirləri Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi ilə yanaşı, dostluq layihəsinə də çevrilib: "TANAP və TAP-da daxil olmaqla bu layihə Türkiyə ilə Yunanıstan arasında dostluq layihəsinə çevrilməklə yanaşı, Avropanın Şərqi ilə Qərbini birləşdirmiş oldu. Layihə çərçivəsində ortaq maraqlarla yanaşı əməkdaşlıq artır".

A.Mollazadə bildirib ki, Azərbaycanın həyata keçirdiyi mühüm layihə gələcəkdə Orta Asiya dövlətlərinin dünyaya çıxışı üçün bir modeldir.

Deputat qeyd edib ki, TANAP və TAP-da daxil olmaqla bu layihə təkcə Avropa ölkələri deyil, Türkiyə, Gürcüstan üçün də böyük önəmi var: "Hazırda aparılan danışıqlara əsasən İsrail qazının bizim boru xətləri ilə Avropaya gedə bilər. Bunun özü də təkcə Avropa ölkələri deyil, bir sıra digər ölkələrin də marağını əhatə edir".

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iqtisadi, enerji layihələrini yüksək qiymətləndirən deputat deyib ki, bütün bunlarla yanaşı, mədəniyyətimiz, xalqımızın strateji tarixi ənənələrinin dünyaya çatdırılması istiqamətində ciddi işlər görülməsinə ehtiyac var.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31