"ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməsi böyük nailiyyətdir"

“Cənub Qaz Dəhlizinin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin neft-qaz sahəsində həyata keçirdiyi yüksək siyasətin uğurlarından biridir”. Bunu Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov deyib.

"Cənub Qaz Dəhlizinin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin neft-qaz sahəsində həyata keçirdiyi yüksək siyasətin uğurlarından biridir".

Bunu Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov deyib.

Layihənin Azərbaycana böyük uğur gətirəcəyini dilə gətirən komitə sədri söyləyib ki, Cənub Qaz Dəhlizinin açılış mərasimində ABŞ, Böyük Britaniya və digər ölkə rəsmilərinin iştirak edərək dəstəkləməsi ölkəmizin neft qaz sahəsində əldə etdiyi uğurların bariz nümunəsidir.

ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın baş naziri Tereza Meyin layihə ilə bağlı Dövlət başçımıza təbrik məktubları ünvanlandığını xüsusi vurğulayan E.İbrahimov söyləyib ki, ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməsi böyük nailiyyətdir: "Bütün bunlar göstərir ki, Azərbaycanın tərəfindən həyata keçirilən layihələr bütün ölkələr tərəfindən yüksək şəkildə dəstəklənir. Çünki, layihə təkcə ölkəmiz üçün deyil, bütün Avropa üçün mühümdür. Cənub Qaz Dəhlizinin keçdiyi bütün ölkələr bu layihədən bəhrələnəcəklər. Bu amil layihənin dəstəklənməsi üçün əsas şərtdir ki, bu da bizim xeyrimizədir".

Komitə sədri qeyd edib ki, layihənin şəkildə dəstəklənməsi onun yüksək səviyyədə reallaşması üçün vacib amillərdəndir: "Bu, Azərbaycan tərəfindən həyata keçirilən ilk layihə deyil. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Bakı-Tbilisi-Qars kimi dünya əhəmiyyətli mühüm layihələri reallaşdıran ölkəmiz Cənub Qaz Dəhlizi ilə ilk qazı vurmaqla növbəti uğuruna imza atmış oldu.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31