Baş katib: "Dünya ictimaiyyəti Azərbaycanın iştirakı ilə olan enerji layihələrinin reallaşdırılmasını diqqətlə izləyir"

"Dünya ictimaiyyəti Azərbaycanın iştirakı ilə olan enerji layihələrinin reallaşdırılmasını diqqətlə izləyir". Bunu Qaz İxracatçı Ölkələri Forumunun (GECF) baş katibi Yuri Sentyurin jurnalistlərə açıqlamasında deyib.

"Dünya ictimaiyyəti Azərbaycanın iştirakı ilə olan enerji layihələrinin reallaşdırılmasını diqqətlə izləyir".

Bunu Qaz İxracatçı Ölkələri Forumunun (GECF) baş katibi Yuri Sentyurin jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu layihələr asan başa gəlməyib və onların reallaşması üçün uzun illər lazım gəlib: "Dünən dünya ictimaiyyətinə nəticə kimi təqdim edilənlər (Cənub Qaz Dəhlizinin açılışı - red.) valehedici idi. Tarixdə ilk dəfə Xəzər regionunun qazı birbaşa istehlakçıya çıxış imkanı qazandı. Avropada qaz hasilatının azalmasını nəzərə alaraq, bu çox tələb olunan enerji mənbəyinin yeni mənbələrini axtarmaq lazımdır. Xəzər regionu və Azərbaycan belə imkanı təklif edir. Bunun miqyasını hələ qarşıdakı bir neçə il ərzində qiymətləndirəcəyik".

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31