“Turkish Petroleum”: Azərbaycana 12 milyard dollar sərmayə yatırılıb

"Bu ilin ikinci rübündə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi yarım milyard dollara çatıb. Azərbaycan Türkiyənin bütün sahələrdə ən böyük tərəfdaşlarından biridir". 

Bunu "Turkish Petroleum" şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Melih Han Bilgin "Xəzər Neft və Qaz-2018" 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan son 20 ildə Türkiyə iqtisadiyyatına 14 milyard ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar sərmayə yatırıb:

"Türkiyə Azərbaycanın bir sıra irimiqyaslı layihələrində iştirak edib. Bunlardan biri Müasir İpək Yolunun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsidir. Digər mühüm layihələr Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum  kəmərləri, eləcə də, yaxın vaxtlarda istifadəyə veriləcək TANAP-dır.

Türkiyə və Azərbaycan birlikdə enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq sazişini genişləndirmək niyyətindədir".

Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31