Vergilər Nazirliyi dövlət büdcəsinə 6 mlrd. 25.4 mln. manat vəsait ödəyib
22 Yanvar 2013 15:18 İqtisadiyyatVergilər Nazirliyi tərəfindən ötən il dövlət büdcəsinə 6 mlrd. 25.4 mln. manat vəsait ödənilib. Bunu vergilər nazirinin birinci müavini Natiq Əmirov 2012-ci ilin yekunları və qarşıda duran məsələrə dair keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu, ötən ildən 553.5 mln. manat və ya 10.1 faiz çoxdur. Bununla da proqnoz 101,2 faiz yerinə yetirilib: "Daxil olan vergilərin 4 mlrd. 330.2 mln. manatı və ya 71.9 faizi qeyri-neft sektorunun payına düşüb. Qeyri-dövlət sektorundan vergi daxil olmalarının həcmi əvvəlki illə nisbətən 512.6 mln.manat və ya 13.4 faiz artıb. Qeyri-neft və qaz sektorundan daxilolmalar isə 3 mlrd. 286 mln. mant təşkil etməklə, 2011-ci ilə nisbətən 415.7 mln. manta və ya 14.5 faiz artıb."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31