Ölkədə nəğd hesablaşmalar məhdudlaşdırılacaq
22 Yanvar 2013 15:10 İqtisadiyyatVergilər Nazirliyi ölkədə nağdsız ödənişlərin stimullaşdırılması və nağd hesablaşmaların məhdudlaşdırılması üzrə müvafiq tədbirlər planının hazırlanmasına start verib. Bu barədə jurnalistlərə məlumat verən vergilər nazirinin müavini Natiq Əmirov bildirib ki, tədbirlər planının layihəsi fevral ayının sonuna kimi hazır olacaq: "Planda nağdsız ödənişlərin stimullaşdırılması və nağd hesablaşmaların məhdudlaşdırılmasına dair bir sıra mühüm yeniliklər əksini tapacaq. Belə ki, bir sıra sahələrdə nağdsız ödənişlərin vergidən tam azad edilməsi, nağd hesablaşmalarda limitlərin tətbiq edilməsi, əhalini nağdsız hesablaşmalara həvəsləndirilməsi üçün bonus sistemlərinin tətbiqi nəzərdə tutulur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31