Nazir müavini: “Qanun pozuntuları Rüstəm İbrahimbəyovun siyasi fəaliyyətindən əvvəl müəyyən edilib”
22 Yanvar 2013 14:56 İqtisadiyyat"Azərbaycan Kinematoqrafçılar İttifaqında vergidən yayınma ilə əlaqədar cinayət işinin açılmasında hər hansı qərəz yoxdur. Bu, sırf vergidən yayınma faktı ilə bağlı olan növbəti yoxlamadır". Bunu jurnalistlərə açıqlamasında deyən vergilər nazirinin birinci müavini Natiq Əmirovun sözlərinə görə, yoxlama zamanı vergidən yayınma faktları növbəti yoxlama nəticəsində aşkarlanıb: "Kinematoqrafçılar İttifaqına 15 gün əvvəl yoxlamanın keçirilməsi ilə bağlı xəbərdarlıq edilib. Sonra isə 3 illik fəaliyyətlə bağlı yoxlama aparılıb. Bu yoxlama qurumun sədri Rüstəm İbrahimbəyovun siyasi fəaliyyətindən əvvəl aparılıb. Cinayət işi Rüstım İbrahimbəyova qarşı açılmayıb. Burada konkret cavabdeh çəxs olan Lalə Əfəndiyeva var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31