İraqda son 30 ildə bir ilk

Son onilliklərdə ən böyük neft yatağı aşkarlanıb

İraqın dövlətə məxsus neft hasilatı şirkəti son 30 ildə ilk dəfə ölkədə böyük neft yatağı aşkar edib. Bu barədə məlumat verən İraq Neft Nazirliyinin mətbuat katibi ölkənin cənub-şərqində, İranla sərhədin yaxınlığında aşkar edilən yataqda azı bir milyard barrel neft ehtiyatının olmasını ifadə edib.
İraqda nəhəng neft ehtiyatlarının olmasına və dövlət gəlirlərinin 90%-nin neftdən əldə olunmasına baxmayaraq, son onilliklərdə davamlı münaqişə səbəbindən neft axtarışı çətin idi. Bu yatağın aşkar edilməsi isə axtarış-qazma işlərinin başlamasından 7 ay sonra mümkün olub.

Qeyd edək ki, rəsmi statistikaya əsasən, İraq gündə 3,2 milyard barrel neft istehsal edir və bunun 72%-i ixrac olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31