Azərbaycanda fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 12,4 faiz artıb

2012-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata  alınan  əcnəbilərin sayı 12,4 faiz artıb.  Hesabat  dövründə  əlavə  olaraq 1520 nəfər  əcnəbi  vətəndaş  qeydiyyata  alınıb  və  nəticədə  2013-cü il yanvarın 1-i tarixinə  olan  statistikaya  əsasən,  fərdi  uçot  sistemindəki əcnəbilərin  sayı 13 744  nəfərə  yüksəlib. 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,21 faizini kişilər,  9,79  faizini  isə qadınlar təşkil edir. Ümumilikdə  96  ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları  (8001 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1587 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 710  nəfərə çatıb. Sonrakı yerlərdə İran İslam Respublikası (458), Hindistan (299), Çin Xalq Respublikası (286), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (196), Özbəkistan (166), Bosniya və Hersoqovina (128), Pakistan İslam Respublikası (125), Almaniya (116), Ukrayna (113),  Filippin (109), İtaliya (94),  Türkmənistan (93), Malayziya (89),  Qazaxıstan (86),  ABŞ (73) və s. ölkələr gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31