Azərbaycanda tenderlər şəffaf keçirilirmi?
Rəşad Həsənov: “Tenderlərin təşkilindəki qüsurlar hələ də qalmaqdadır”
21 Yanvar 2013 12:02 İqtisadiyyatİqtisadi və Sosial İnkişaf Mərkəzinin(İSİM) eksperti Rəşad Həsənovun fikrincə əksər hallarda tenderlər mahiyyətindən çox uzaq məqsədlərə xidmət edir."Tenderləri və onun nəticələrini günümüzdə aktual edən əsas səbəb qanunvericilikdə 50 min manatdan yuxarı olan dövlət satınalmalarının tender yolu ilə həyata keçirilməsinə olan tələbdir.Nəzərə alsaq ki, bu zaman xərclənən vəsaitlər dövlət büdcəsinə aiddir və alınan mal və xidmətlər dövlət orqanlarının yaxud vətəndaşların müxtəlif növ tələblərinin qarşılanması üçündür, cəmiyyətin hesabat tələb etməsi təbiidir.Həmçinin, son illərdə dövlət büdcəsinin həcmində ciddi artımların olması və təbii olaraq dövlət qoyuluşlarının artması bu sahədə şəffaflığın təmin edilməsinə diqqəti artırıb. İl ərzində Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən tenderlər 2.5-3 milyard manat həcmində olur.Əslində bu tenderlərin həyata keçirilməsində məqsəd normal rəqabət mühitinin yaradılması və vəsaitlərin istifadə edilməsində şəffalığın təmin edilməsidir ki, bu da dövlət maliyyəsinin idarə edilməsinin müasir metodlarından biridir.Lakin, təəssüflə qeyd etməliyəm ki, əksər hallarda tenderlər mahiyyətindən çox uzaq məqsədlərə xidmət edir, bu zaman informasiyya tamlığı və maliyyə şəffaflığı təmin edilmir.Mənim fikrimcə tenderlərin cəmiyyəti qane edəcək şəkildə keçirilməməsi qanunvericilikdəki boşluqlarla yanaşı subyektiv amillərdən də asılı olur."
Tenderlərin sanki gizli və daha az informasiyalar verilməklə həyata keçirilməsində məqsəd nədir sualına isə Rəşad Həsənov layihələrin real bazar dəyəri və tender müqavilələrində razılaşdırılmış dəyər arasında fərq kimsə tərəfindən aydınlaşdırıla və yaxud ictimailəşdirilə bilmir deyə cavablandırır: ,,Satınalmalar həyata keşirilərkən əksər hallarda qapalı tenderlərə üştünlük verilir.Çünki, bu halda iddiaçıları tender keçirən təşkilatın seçmə imkanı qanunvericilikdədə öz əksini tapıb. Gördüyümüz kimi tender keçirən təşkilat qanunvericiliyə istinad edərək qapalı tenderlər keçirməklə iddiaçıların iştirakına konkret olaraq əngəllər yaradır və bu zaman yandaş sirkətin qalib olmasına konkret dəstək göstərilir. Məhz bu səbəbdəndir ki, tender keçirən qurum sonda qalib firmanın sadəcə adını elan etməklə işini başa çatmış hesab edir.Və hətta bu zaman tender qalibinin hansı üstünlükləri və təkliflərinin nəzərə alındığı haqqında belə içtimaiyət məlumatlandırılmır.Nəticədə layihənin real bazar dəyəri ilə tender müqaviləsindəki razılaşdırılmış dəyər araşındakı fərq kimsə tərəfindən aydınlaşdırıla və yaxud ictimailəşdirilə bilmir."
Rəşad Həsənovun fikrincə, Hesablama Palatasının hesabatlarında dövlət satınalmaları və tenderlərin səmərəli olub olmadığı ilə bağlı rəy öz əksini tapmır.Halbuki, dövlət büdcəsindən aparılan xərcləmələrin təftişi və baş vermiş nöqsanlara münasibət bildirilməsi bu qurumun əsas vəzifəsidir.
İSİM eksperti dövlət satınalmalarınnın həyata kecirilməsində şəffaflığın təmin edilməsi məqsədi ilə qanunvericiliyə dəyişiklərin edilməsini zəruri hesab edir.,,Dövlət satınalmalarında hesabatlılığın və tenderlər həyata keçirilərkən normal rəqabətliliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə qanunvericilikdə dəyişikliyin aparılması vacibdir.Belə ki, dövlət satınalmaları haqqında qanunda tender nəticələrinin elan edilməsi və bu zaman tender predmetinin hansı müqavilə şərtləri ilə razılaşdırılması haqqında arayışın mətbuata təqdim edilməsi icraçı qrum qarşısında vəzifə olaraq təsbit edilməlidir.Mətbuata hazırlanmış açıqlamada alınan mal və xidmətlərin ticarət nişanları və qiymətləri öz əksini tapmalıdır.Məhz bu zaman maraqlı ictimai birliklə və ən əsası vergi ödəyən vətəndaşlar dövlət vəsaitlərinin hansı istiqamətlərdə və necə xərcləndiyinə nəzarət edə bilərlər.Həmçinin bu şərtlər altında koorrupsiyya hallarının və haqsız rəqabətliliyin də qarşısı müəyyən qədər alınmış olar."