İranda yeni təbii qaz ehtiyatları aşkar edilib
18 Yanvar 2013 16:33 İqtisadiyyatİran yeni təbii qaz ehtiyatları aşkarlayıb. Trend-in məlumatına görə, bu barədə "Central Oilfields Company"nin direktoru Mehdi Fakur "Mehr" agentliyinə bildirib.
Fakur təfərrüatları açıqlamadan qeyd edib ki, təbii qaz ehtiyatları İranın şimal-şərqində aşkar edilib.
O əlavə edib ki, 2013-cü ilin sentyabr ayınadək İran yeni resursların kəşfiyyat və tədqiq edilməsini davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31