Komitəyə 1560 elektron müraciət daxil olub

Əmlak Məsələləri Dövlət Komitəsinin nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestrinə 2012-ci ilin may-dekabr ayları ərzində hüquqi və fizik şəxslərdən 1560 elektron müraciət daxil olub. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, bunlardan 1495-i müsbət həll olunub,7-nin icrasından imtina olunub, 58-i isə icra olunmaqdadır. Məlumatda bildirilir ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi və Dünya Bankının birgə həyata keçirdiyi "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi çərçivəsində ictimai agahlıq komponenti üzrə bir sıra tədbirlər həyata keçirilib. "Dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrına dair normativ-hüquqi aktları" toplusu nəşr edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31