Tikintiyə 15,3 milyard manat vəsait yönəldilib

Ölkənin tikinti kompleksində dinamik inkişaf 2012-ci ildə davam edərək bütün maliyyə mənbələrindən əsas kapitala 15,3 milyard manat və ya əvvəlki ilə nisbətən 18,0 faiz çox vəsait yönəldilib. Statistika Komitəsindən "OLAYLAR"a verilən məlumata görə, onun 78,8 faizi daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 43,4 faizi məhsul istehsalı, 56,6 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59,3 faizini təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31