8 əməkdaş vergi orqanlarından xaric edilib
16 Yanvar 2013 16:47 İqtisadiyyat2012-ci il ərzində Vergilər Nazirliyinə "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinin pozulması ilə əlaqədar cəmi 38 şikayət daxil olub. Bu barədə nazirliyin Analitik-İnformasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, aparılmış müvafiq araşdırmaların nəticəsi olaraq, "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinin pozmuş 8 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib, 1 əməkdaş aşağı vəzifəyə keçirilib, 6 əməkdaşa töhmət verilib, 2 əməkdaşa xəbərdarlıq elan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31