Erməni maliyyəsi çat verir

İlk öncə, bu, kreditlərin qaytarılması ilə bağlıdır

Ermənistanda prezident seçkisi öncəsi maliyyə və bank sahələri, demək olar ki, çat verir. Bu, Cənubi Qafqaz respublikasının Mərkəzi Bankının verdiyi məlumata görə, plastik kart sahiblərinin sayı durmadan azalır. Və məntiqlidir, əgər insanlar əsas şeydən-puldan məhrumdurlarsa, onda kart nəyinə gərəkdir. Mərkəzi Bank bildirir ki, bir neçə ay ərzində kartların sayı 30 mindən çox azalıb. İrəvanda çıxan "Haykakan Jamanak" qəzeti yazır ki, bank sahəsində böhran qızışır. İlk öncə, bu, kreditlərin qaytarılması ilə bağlıdır. Müştərilərin çoxu borcunu qaytarmaq durumunda deyillər. Ermənistanın dörd bankında artıq ciddi problemlər başlayıb. Və bütün bunlar Ermənistan rəhbərlərinin qələbə raportlarının fonunda baş verir. Halbuki, erməni KİV-ləri yazır ki, bu ölkənin maliyyə və bank sektorları yaxın zamanlarda sadəcə çökə bilər. Bununla hətta respublikanın eks-prezidenti, Qarabağ yaraqlısı Robert Koçaryan da razıdır. Onun silahdaşı və mənsub olduğu Qaradağ klanının təmsilçisi olan indiki Ermənistan prezidenti möcüzəyə, ya da Rusiyadan, Avropa Birliyindən və müxtəlif xristian icmalarından gələn maliyyə yardımına ümid edir. Amma bu arx yavaş-yavaş quruyur, hətta ABŞ Erməistana hümanitar yardımı kəskin azaltmağa məcburdur.  Buna görə də, yerli siyasətçilər getdikcə anlamağa başlayırlar ki, Qarabağ klanı ilə birlikdə "Böyük Ermənistan" və ya "Dənizdən dənizə Ermənistan" kimi millətçi şüarların erməni dövlətçiliyinə vurduğu zərər türkiyəlilərlə azəbaycanlıların birgə vurduğu zərərdən çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31