Quş əti ucuzlaşıb, mal əti isə bahalaşıb
16 Yanvar 2013 13:04 İqtisadiyyatDekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,9 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,5 faiz bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,8 faiz ucuzlaşıb. Bu barədə Statistika Komitəsindən "OLAYLAR"a verilən məlumata görə, birillik bitkilərdən kələmin istehsalçı qiymətləri 9,6 faiz ucuzlaşmış, buğdanın istehsalçı qiymətləri 0,6 faiz, qarğıdalının 3,8 faiz, arpanın 1,2 faiz, göyərtilərin 0,8 faiz, kartofun 0,4 faiz, xiyarın 2,7 faiz, pomidorun 1,9 faiz, baş soğanın və sarımsağın 0,2 faiz, quru otun 0,1 faiz, yoncanın istehsalçı qiymətləri isə 1,5 faiz bahalaşıb. Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 4,4 faiz, xurmanın 1,8 faiz, feyxoanın 4,1 faiz, qozun 0,5 faiz, fındığın 5,3 faiz, şabalıdın istehsalçı qiymətləri 5,5 faiz bahalaşıb, almanın istehsalçı qiymətləri 18,5 faiz, heyvanın 0,2 faiz, limonun 8,2 faiz, naringinin istehsalçı qiymətləri isə 5,2 faiz ucuzlaşıb, Diri heyvanlar və heyvandarlıq məhsullarından diri ev quşlarının və quş ətinin istehsalçı qiymətləri müvafiq olaraq 0,3 faiz və 1,1 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 1,3 faiz, camışın 2,5 faiz, diri qoyun və keçilərin 3,2 faiz, mal və qoyun ətinin 0,1 faiz, südün 0,3 faiz, yumurtanın istehsalçı qiymətləri isə 3,0 faiz bahalaşıb.