Azərbaycandan Əfqanıstanın inkişafına maliyyə dəstəyi

Azərbaycan Respublikasının Xarici Işlər Nazirliyinin Azərbaycan Beynəlxalq Inkişaf Yardım Agentliyi Əfqanistanın inkişafı üçün  BMT-nin Inkişaf Proqramı çərçivəsində 150.000 ABŞ dolları məbləğində maliyyə yardımı göstərib. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir.  Keçid dövrünün bir çox problemlərinin öhdəsindən məharətlə gəlmiş Azərbaycan müasir idarəçilik və dövlət quruculuğu sahələrində əldə etdiyi uğurlarla  dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmaqdadır.  Eyni zamanda, ölkə daxilində aparılan uğurlu  islahatlarla yanaşı, Azərbaycan beynəlxalq ictimaiyyətin dünyada sülhün və əminamanlığın bərqərar edilməsi və gorunması səylərini də fəal dəstəkləyir. Qeyd edək ki, iqtisadi inkişaf və vətəndaşlara dövlət tərəfindən daha mütəşəkkil xidmətlərin göstərilməsi bu səylərin tərkib hissəsidir.Bu baxımdan Əfqanıstanın  gələcəyi həm regional, həm də global təhlükəsizlik və sabiltlik üçün xüsusi əhəmiyyət kəsb edir və Azərbaycan aparicı beynalxalg tərəf mügavileleri ilə bərabər Əfqanistanın qarşısında duran problemlərin həll edilməsində qardaş Əfgan xalqını fəal dəstəkləyir.  Azərbaycanın  Əfqanıstanın problemlerinə həsr olunmuş bir nece  mötəbər  toplantilarda etdiyi bəyanatlara və xüsusilə də Azərbaycanın Prezidenti Zati-Aliləri cənab Ilham Əliyevin 2012-cii ilin mayında Çikagoda keçirilmiş və dünyanın aparıcı ölkələrinin liderlərinin iştirak etdiyi Əfganıstan üzrə NATO zirvə toplantısında etdiyi bəyanatına uyğun olkəmiz öz təcrübəsiilə  ilə bölüşmək üçün hazır olduğunu bildirmiş və bunu bir çox sahələrdə artıq əməli işlərlə sübut etməkdədir. Belə ki, son il ərzində Əfqan rəsmiləri Azərbaycan Diplomatik Akademiyanın, Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin, Dövlət Neft Fondunun, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Komissiyanın, Dövlət Neft və Qaz Şirkətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun işində tətbiq edilən qabaqcıl inkişaf  təcrübəsi  ilə yaxından tanış olmuş, bu istiqamətdə  məhsuldar müzakirələr aparmışlar. Onu da qeyd etmək lazımdır ki, həmin  müzakirələr nəticəsində əldə edilən ilkin razılaşmaların həyata kecirilməsi üçün bir çox istiqamətlərdə hal-hazırda həm Bakıda, həm də Kabulda fəal işlər həyata keçirilməkdədir.

Beləliklə, yuxarıda göstərilən maliyyə yardımı öncə aparılan işlərin məntiqi davamı olmaqla Azərbaycanın beynəlxalq səviyyədə fəal mövge tutaraq qlobal əhəmiyyət kəsb edən proseslərdə sadəcə olaraq təcrübə mübadiləsi ilə kifayətlənməyərək mötəbər donor ölkələri  sirasına daxil olmaqdadır. Azərbaycan Beynəlxalq Inkişaf Yardım Agentliyinin BMT-nin Inkişaf Programı ilə birgə həyata keçirdiyi bu təşəbbüs  həm qardaş Əfgan xalgı, həm də Əfqanıstanın inkişafına dəstək verən digər ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən  yüksək giymətləndirilməkdədir. Azərbaycan   hökuməti tərəfindən ayrılan bu məbləğin Əfqan hökumətinin elektron idarəçilik üsullarının pilot olarag tətbiq edilməsi üçün istifadə ediləcəyi gözlənilir. Bu isə Azərbaycanın elektron idarəçilik sahəsində əldə etdiyi uğurlu təcrübə ilə bilavasitə əlaqədardır ki, bu sahədə bir neçə layihə BMT-nin İnkişaf Proqramının fəal iştirakı ilə həyata keçirilmişdir. Əfqan rəsmiləri Azərbaycanın bu sektorda təcrübəsinə xüsusi maraqlarını Əfqanıstanın Rabitə və İnformasiya Texnologiyaları naziri cənab  Amirzai Sanginin keçən ildə Bakıya səfəri və Azərbaycanın Xarici İşlər naziri cənab Elmar Məmmədyarov  və Azərbaycanın Rabitə və İnformasiya naziri cənab Əli Abbasov ilə görüşləri zamanı vurğulamışlar.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31