Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçdi VIDEO
İrəvanda təşkilatın Parlament Assambleyasının 39-cu plenar iclası keçirilib
24 May 2012 20:59 İqtisadiyyatİrəvanda azərbaycanlı millət vəkillərinin də qatıldığı Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 39-cu plenar iclası keçirilib. Bu iclasda Azərbaycan Parlamentinin üzvü Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir. İrəvan iclasından sonra təşkilatın Parlament Assambleyasına sədrliyə gələn 6 ay müddətinə Azərbaycana ötürüləcək.
Növbəti Plenar İclas Bakıda noyabrın 20-22-də keciriləcək. Nümayəndə Heyətinin rəhbəri Asəf Hacıyev BBS-yə müsahibəsində bildirib ki, iclasda daha çox təşkilata üzv ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunsa da Azərbaycan tərəfi bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər İrəvanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.