Azərbaycan Əfqanıstana maliyyə yardımı ayırıb

Xarici Işlər Nazirliyinin Beynəlxalq inkişaf Yardım  Agentliyi Əfqanistanın inkişafı üçün  BMT-nin Inkişaf Proqramı çərçivəsində 150 mni dollar maliyyə yardımı göstərib. BMT-nin Bakı ofisindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan   hökuməti tərəfindən ayrılan bu məbləğin Əfqan hökumətinin  elektron idarəçilik üsullarının  pilot olaraq tətbiq edilməsi üçün istifadə ediləcəyi gözlənilir. Bu isə Azərbaycanın elektron idarəçilik sahəsində əldə etdiyi uğurlu təcrübə ilə bilavasitə əlaqədardır ki, bu sahədə bir neçə layihə BMT-nin İnkişaf Proqramının fəal iştirakı ilə həyata keçirilib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31