“ARDNŞ kadrlarını riskə ata bilmərəm” - Rövnəq Abdullayev

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Liviyada heç bir aktiv almayıb və bu ölkədə hər hansı neft-qaz layihələri ilə məşğul olmaq niyyətində deyil. "APA-ECONOMICS"in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bəyan edib. "Biz Liviyada heç bir aktiv almamışıq və heç bir layihə həyata keçirmirik. ARDNŞ-ın heç bir əməkdaşı da Liviyada olmayıb" - deyə R.Abdullayev qeyd edib.
Bu məlumatları əsasız adlandıran R.Abdullayev bildirib ki, ARDNŞ-ın Liviyada işləməklə bağlı planları da yoxdur: "Biz sabit yerlərdə işləyirik. Mən ARDNŞ-ın kadrlarını hər hansı layihə üçün riskə ata bilmərəm və heç vaxt da atmayacam".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31