ARDNŞ Türkiyədə BP-nin yanacaqdoldurma məntəqələrini almayacaq

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə yanacaqdoldurma məntəqələri almağa hazırlaşmır. "APA-ECONOMICS"in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev Britaniyanın BP şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri şəbəkəsi şirkətinin ARDNŞ tərəfindən alınacağı ilə bağlı suallara cavab verərkən bildirib.
Onun sözlərinə görə, Türkiyədə ARDNŞ-ın neft emalı zavodunun fəaliyyətə başlaması nəticəsində bu zavodun istehsal etdiyi neft məhsullarının həm bu ölkədə, həm də qonşu ölkədə satışı mümkün olacaq. Adı çəkilən müəssisənin 2014-cü ildə işə düşməsi gözlənilir: "Hələlik Türkiyədə neft məhsullarının pərakəndə satışı ilə üçün aktivlərin alınması məsələsi gündəlikdə deyil, gələcəkdə bu məsələyə baxıla bilər".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31