ASB Bank IBAN sisteminin tətbiqinə başlayıb
15 Yanvar 2013 11:39 İqtisadiyyatAzərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Standart Bank hesab nömrələrinin IBAN - (International Bank Account Number) tətbiqi ilə əlaqədar milli ödəniş sisteminin iştirakçısı olan Maliyyə institutlarının müxbir və submüxbir hesablarında dəyişiklik edilmişdir. IBAN tətbiqi ilə əlaqədar müştərilərin hesab strukturlarında da dəyişiklik olunub. Artıq ölkədaxili və ölkədənkənar köçürmələr üçün nəzərdə tutulan ödəniş sənədlərində ödəyicinin IBAN-I düzgün göstərilmədikdə sənəd icraya qəbul edilməyəcəkdir. Müştərilərin nəzərinə: İBAN formatında olan hesab nömrələrini bankın müvafiq filialına yaxınlaşaraq və ya Bankın İnternet səhifəsi vasitəsilə (http://www.asb.az/iban.aspx) əldə edə bilərlər. Bank hesabı açılan müştərilərdən IBAN tətbiqi ilə əlaqədar əlavə xidmət haqqı tutulmur. IBAN strukturu vəsaiti göndərən bankda vəsaiti alan bankın müştərisinin hesabının doğruluğunu yoxlamağa imkan verməklə əməliyyat risklərini minimallaşdıracaq, banklalarası hesablaşmalar zamanı vəsaitlərin son istifadəçiyə çatdırılmasını sürətləndirəcəkdir. IBAN-dan istifadə ödənişlərin işlənməsi prosesini bütünlüklə avtomatlaşdırmağa hesablaşmaların həyata keçirilməsi zamanı vasitəçi bankların xidmətlərindən imtina etməyə imkan yaradır ki, bu da nəticədə pulun daha tez hərəkəti üçün, gələcəkdə isə beynəlxalq ödənişlərin həyata keçirilməsinə xərclərin azalması üçün zəmin yaradır.