Bu il Azərbaycanda taxıl istehsalında yeni rekord gözlənilir
20 Aprel 2012 14:05 İqtisadiyyatBu il Azərbaycanda rekord həcmdə taxıl istehsal oluna bilər."APA-ECONOMICS"in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. İ.Abbasovun sözlərinə görə, əgər 2011-ci ildə Azərbaycanda 2,6 mln. ton taxıl istehsal olunubsa, 2012-ci ildə ölkədə ilkin olaraq 2,7 mln. ton taxıl istehsalı proqnozlaşdırılır. Lakin əkin sahələrində zəruri gübrələmə və suvarma işləri aparılacağı təqdirdə illik istehsalın həcmi daha 33,3%, ötən ilin yekunlarına nisbətən isə 34,6% artaraq 3,6 mln. ton çata bilər. Nazir bildirib ki, fermerlər əkin sahələrində tələbata uyğun olaraq lazımi gübrələmə işləri aparacaqları təqdirdə 1 hektar torpaq sahəsi üçün məhsuldarlıq 10 sentner artaraq hazırkı 25 sentnerdən 35 sentnerədək yüksələ bilər. Ümumi taxıl sahələrinin 900 min ha olduğunu nəzərə alsaq, istehsalın illik həcminin 900 min ton artırılması mümkündür. Xatırladaq ki, Azərbaycanda ən yüksək taxıl istehsalı 2007-ci ildə (3 mln. ton) qeydə alınıb.