İranda iqtisadi böhran dərinləşir - REGİON
İqtisadi sanksiyalar ölkəyə 100 milyard dollar ziyan vurub
14 Yanvar 2013 16:02 İqtisadiyyatAvropa İttifaqının iqtisadi sanksiyalarından sonra İran iqtisadiyyatına sarsıdıcı zərbə dəyib, rial fantastik dərəcədə öz dəyərini itirməkdədir. İranın nüvə proqramı qarşı tətbiq sanksiyaları ölkənin xarici valyuta qazanmaq qabiliyyətini zəiflədir və əldə olan valyuta ehtiyyatlarını kəskin şəkildə azaldır. Qərb və Amerikanın nüvə məsələsini masa arxasında həll etmək təklifini prezident Mahmud Əhmədinejad hələ də sərt təpki ilə qarşılayır. Mövcud status-kvonu öz xeyrinə dəyişmək istəyən Əhmədinejadın səylərinə baxmayaraq ölkə dərin iqtisadi böhran içərində əziyyət çəkir. İran daxilindəki valyuta böhranına görə, prezident Mahmud Əhmədinejad ifşa olunur. Hakimiyyət isə bazar məzənnəsini inkişaf etdirmək üçün daha ucuz malları xüsusi dərəcə ilə ölkə valyutasında dolları təmin etmək üçün idxal edir. Hətta bununla bağlı İranda "mübadilə mərkəzi" yaradılıb.
Rial dollar qarşısında kəskin dəyər itirdiyi üçün mərkəz ali xərcləri qarşılamaq iqtidarında deyil. Valyuta gəlirlərinin aşağı düşməsinə görə İran yanacağında 25-30% inflyasiya müşahidə edilir. Artan xərclər İranın sənaye sektorunu da zərbə altında saxlayır. Digər tərəfdən İran sanksiyaların davam etdiyi müddət ərzində 100 milyard dəyərində dollar itirib. Məlumat beynəlxalq bank sistemi tərəfindən açıqlanıb. ABŞ Dövlət Departamentinin sözçüsü Viktoria Nuland bir müddət qabaq sanksiyaların İran iqtisadiyyatına daha dərin və daha kəskin təsir edəcəyini bildirib. Nulandın sözlərinə görə İran iqtisadiyyatının xilas olmasının yeganə çıxış yolu hakimiyyətin nüvə proqramından geri çəkilməsindədir. İranda valyuta mübadiləsi ölkənin daxili bazarının yalnız 5-10% tələbatını təmin edir. Lakin, İran parlamentinin Planlaşdırma və Büdcə Komitəsinin başçısı Qulamrza Məşabi Müqəddəm isə qısa zaman ərzində İran daxilində xarici valyutanın dollara nisbətdə qiymətinin aşağı düşəcəyini bildirmişdi. Açıqlamadan uzun zaman keçməsinə baxmayaraq İranda iqtisadi böhranın dərinləşmə təhlükəsi yaranıb. İran Beynəlxalq Valyuta Fondunun açıqlamasına görə sanksiyalara qədər İran neft gəlirlərindən 120 dollar daxil olurdu. Sanksiyalardan sonra isə bu rəqəm iki dəfə azalıb. Ölkədə gün ərzində istehsal olunan 3.6 milyon barrel neft 2 dəfə azalıb. Həmçinin İranda bir ABŞ dolları 225 min İran rialı edir. İran iqtisadiyyatında infilyasiya 50% təşkil edir. Bir müddət qabaq bazarlarda 1kq toyuğun qiyməti 300 min rial idisə indi bu rəqəm 750 min rialdan yüksəkdir. İqtisadi infilyasiyanın az böyük rəqəmlə dəyərləndirilməsində bir nəfər məsul şəxs var, o, İran prezidenti Mahmud Əhmədinejaddır. İranın hakimiyyət dairələrinin və ali dini lider Ayətulla Xameneyinin az qala xalqa Əhmədinejadı boykot səslənişinə qalxmasının da əsl səbəbi bununla bağlıdır.
Mənsur Rəğbətoğlu